BAKI, 8 dekabr. TELEQRAF
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 8-də Slovakiyaya rəsmi səfərə gedib.
Teleqraf xəbər verir ki, Bratislava şəhərinin Milan Ştefanik adına Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Dövlət başçısını Slovakiya Prezidenti Aparatının rəhbəri Peter Vodraşka və digər rəsmi şəxslər qarşılayıblar.