BAKI, 26 aprel. TELEQRAF
Ötən gün axşam Günəşdə partlayışı qeydə alınıb.
Teleqraf xəbər verir ki, Günəş ləkəsi qrupunda rentgen diapazonunda 7 dəqiqə davam edən alovlanma baş verib.
Alovlanmalar Günəş plazmasının püskürməsi ilə müşayiət oluna bilər ki, bu buludlar Yerə çatdıqda maqnit fırtınalarına səbəb ola bilər.