BAKI, 15 noyabr. TELEQRAF

Cüdo üzrə beşqat Olimpiya çempionu Teddi Riner Fransa Prezidenti Emmanuel Makronun 2027-ci il prezident seçkilərində onun namizədliyini açıq şəkildə dəstəkləməsini "zəhərli öpüş" adlandırıb.

Teleqraf xəbər verir ki, bu barədə idmançı jurnalistlərə bildirib.

"Prezidentin təbriklərini qiymətləndirsəniz, bu, zəhərlənmiş öpüş kimidir", - deyə o, qeyd edib. İdmançı heç bir siyasi ailəyə və ya partiyaya mənsub olmadığını vurğulayıb.

9 noyabrda Riner prezidentliyə namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb. Sosial mediada paylaşdığı video mesajda idmançı siyasi təcrübəsinin azlığını etiraf edib. Onun sözlərinə görə, ağır iqtisadi və sosial vəziyyət, eləcə də cəmiyyətdəki bölünmələr fonunda Fransanın mühazirə oxuyan və boş-boşuna danışan peşəkar siyasətçiyə deyil, sağlam düşüncəyə, möhkəmliyə, ədalətə və nizamı bərpa edən qüvvəyə ehtiyacı var.

37 yaşlı cüdoçu beşqat olimpiya çempionudur və Fransanın ən populyar şəxslərindəndir.

Daha sonra Makron onun namizədliyini alqışlayıb və belə bir addımın ölkəyə fayda verəcəyinə inandığını bildirib.

Fransa prezident seçkilərinin birinci turu 18 aprel 2027-ci il tarixinə təyin edilib.