BAKI, 15 noyabr. TELEQRAF

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner Rusiya, Ukrayna və Avropa təmsilçiləri ilə aparılan son müzakirələr zamanı münaqişəsinin nizamlanmasına dair yeni həllərin ortaya çıxdığını bildirib.

Teleqraf xəbər verir ki, C.Kuşner bu barədə "X" sosial şəbəkəsindəki hesabında yazıb.

Onun sözlərinə görə, müzakirələr zamanı ortaya çıxan bir neçə yeni ideya ətrafında müzakirələr aparılır: “Bunlardan bəziləri birbaşa irəliləyişə səbəb ola, digərləri isə mövcud fikir ayrılıqlarını aradan qaldırmağa kömək edəcək yeni təkliflərə çevrilə bilər".