BAKI, 15 noyabr. TELEQRAF

Norveç Ukraynaya qarşı davam edən təcavüzə görə Rusiya və Belarusdan olan peşəkar idmançıların ölkə ərazisindəki beynəlxalq yarışlara qatılmasını qadağan edib.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sıbiqa sosial şəbəkədəki səhifəsinə istinadən məlumat verib .

"Norveç hakimiyyətinin qərarı beynəlxalq idman federasiyaları tərəfindən məhdudiyyətlərin yumşaldılmasına birbaşa cavabdır. Rusiya nümayəndələrini beynəlxalq yarışlara qaytarmaq cəhdlərini müharibənin reallığından ayırmaq olmaz, çünki Rusiyanın elit idman növləri Kremlin dövlət strukturları ilə sıx bağlı olaraq qalır", nazir qeyd edib.