BAKI, 14 noyabr. TELEQRAF
Suriyanın paytaxtı Dəməşqin yaxınlığındakı Ceramana qəsəbəsində avtomobilə yerləşdirilmiş partlayıcı qurğunun işə salınması nəticəsində iki nəfər ölüb, daha iki nəfər yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə Suriyanın “Əl-İxbariya” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, partlayıcı qurğu akkumulyator istehsalı zavodunun yaxınlığında avtomobilə yerləşdirilib və orada işə salınıb.
Hadisə yerinə mülki müdafiə qüvvələrinin bölmələri cəlb olunub.