BAKI, 15 noyabr. TELEQRAF
Fransada 14 noyabrda qiymət artımına və polis zorakılığına qarşı nümayişlər zamanı 219 nəfəri saxlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə BFMTV Fransa Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Daha əvvəl Paris Polis Prefekturası paytaxtda üç yeniyetmə də daxil olmaqla 22 nəfərin həbs olunduğunu bildirmişdi.