BAKI, 15 noyabr. TELEQRAF
Hörmüz boğazından keçməyə çalışan iki tanker minaya düşüb və daha sonra gəmilərdə yanğın baş verib.
Teleqraf xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
"Bir müddət əvvəl qanunsuz daşıma ilə məşğul olan iki neft tankeri naviqasiya və avtomatik identifikasiya sistemləri söndürülmüş halda icazəsiz marşrutla Hörmüz boğazından keçməyə cəhd göstərib. Nəticədə onlar dəniz minalarına dəyib", - deyə SEPAH-ın "Telegram" kanalındakı açıqlamasında bildirilir.