BAKI, 23 aprel. TELEQRAF

Dağıstanda bir kişi xəstəxanada həkimlərə bıçaqla hücum edərək iki nəfəri yaralayıb.

Teleqraf TASS-a istinadən xəbər verir ki, hücum nəticəsində travmatoloq və cərrah yaralanıb.

Hücum təcili yardım şöbəsində baş verib.

Bıçaqlı şəxs mühafizəçilər tərəfindən saxlanılıb.

Hücumla bağlı cinayət işi açılıb.