Havay adalarında vulkan püskürməsi nəticəsində maraqlı hadisə baş verib.

Teleqraf.com "Daily Mail"ə istinadən xəbər verir ki, vulkan qiymətli daş-qaşı üzə çıxarıb. Bu daşların yüksək keyfiyyətlisinin 1 karatı bazarda 450 dollara bərabərdir.

Yerli sakinlər varlanmaq ümidi ilə balaca qiymətli daşları yığırlar.

Qeyd edək ki, 43 gündür püskürən vulkan Havay adalarının ölçüsünü 1.5 kvadrat kilometr böyüməsinə səbəb olub.