Mahnı bəstələyən süni intellekt bu dəfə əsl bədii film ərsəyə gətirib.
Teleqraf.com xəbər verir ki, “Cetson” adlı süni intellekt özünə “Bencamin” adını seçib. Bencaminin çəkdiyi film ilk baxışdan qorxulu kino təsiri bağışlayır.
Süni intellekt bundan əvvəl Tomas Midlditçin baş rolu ifa etdiyi “Sunspring” elmi-fantastik filminin ssenarisini yazıb. Bunun üçün əvvəl o bir neçə yüz real film ssenarisini analiz edib.
Art-haus elmi-fantastikasını xatırladan və anlamını heç cür başa düşmək olmayan qısa-metrajlı filmi təqdim edirik.