Amerikalı fotoqraf Kevin Ebi təbiət qoynunda çəkiliş zamanı qartal və tülkünün mübarizəsini lentə ala bilib.

Teleqraf.com xəbər verir ki, bu barədə görüntülər “Foks nyus” telekanalında yayımlanıb.

8 saniyə sürən mübarizə zamanı qartal tülkünü 6 metr hündürlüyə qaldırır. Sonda qartal dovşanı tülkünün dişləri arasından qoparıb aparmağı bacarır.

Fotoqraf tülkünün hündürlükdən yerə düşməsinə baxmayaraq zədələnmədiyini bildirib.