ABŞ-ın Corciya ştatında plastik cərrah Vindell Bouttenin sosial mediada yayılan görüntüləri hiddət doğurub.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Atlanta şəhərinin məşhur estetik cərrahı Boutte və komandası əməliyyat zamanı mahnı oxuyub, rəqs edib.

Onun əməliyyat zamanı qeyri-ciddi hərəkəti və xəstələrin sağlamlığını təhlükəyə atması ciddi şəkildə tənqid olunub.

Görüntülərin yayılmasından sonra Bouttenin xəstələrindən 7-i məhkəməyə müraciət edib.