Avstraliya sakini bir həftə ərzində lotereyada iki dəfə böyük məbləğdə uduş qazanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Sydney Morning Herald” nəşri məlumat yayıb.

Sidney şəhərinin 40 yaşlı sakini mayın 7-də lotereyada 1 milyon Avstraliya dolları (750 min ABŞ dolları) udub.

Özünə daşınmaz əmlak almağa qərar verən şəxs pulun bir hissəsinə yenidən lotereya alıb. Növbəti dəfə mayın 12-də lotereyada 1,4 milyon Avstraliya dollara sahib olub.

O, artıq özünə avtomobil aldığını və Havay adalarına istirahətə getməyi planlaşdırdığını bildirib.