Sovet KQB-si məşhur aktyor Con Vayna dəfələrlə sui-qəsd təşkil edib.

Teleqraf.com xəbər verir ki, SSRİ-nin birinci katibi İosif Stalin kovboy filmlərini çox sevirmiş və həftədə üç dəfə belə filmlərə baxırmış. Bu tip filmlərə alışqanlığı səbəbdən məşhur aktyor Con Vayn onun sevimli aktyoruna çevrilibmiş.

Lakin sonradan Con Vayn “KQB”-nin qara siyahısına düşüb və SSRİ məxfi xidməti onu aradan götürmək məqsədilə 4 dəfə sui-qəsd həyata keçiriB. Bu sui-qəsdin ikisinin qarşısını ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) ala bilib.

Məlumata görə, rus rejissor Sergey Gerasimov 1949-cu ildə Nyu-Yorkda keçirilən sülh mövzusunda toplantıya qatılıb. Rejissor bu toplantıda Con Vaynın qatı anti-kommunist olduğunu öyrənib. SSRİ “KQB”-si aktyor haqqında araşdırma aparıb və hazırlanan hesabat Gerasimovun dediklərinin həqiqiliyini ortaya çıxarıb.

Bundan sonra “KQB”-nin sədri Lavrenti Beriya Vaynın yaxından izlənməsi və aradan götürülməsi haqda göstəriş verib. Beləcə, “KQB” məşhur aktyorun 24 saatını neçə keçirdiyi, alışqanlığı, ətrafı, ailəsi, peşə fəaliyyəti və şəxsi həyatı haqqında hər şeyi öyrənməyə, onu yaxından izləməyə başlayıb.

Sonda “KQB” aktyoru öldürmək üçün Los-Ancelesə gedəcək qəsdçilər qrupunu formalaşdırıb. Sui-qəsdçilər iki nəfərdən ibarət olub. “KQB” qəsdçiləri əvvəlcə aktyoru təqib etməyə başlayıb, sonra öldürməyi planlayıb. “KQB” bundan kənarda da sui-qəsd qrupu formalaşdırıb. İkinci qrupa cəlb edilən şəxslər Amerika Kommunist Partiyasının üzvləri arasından seçilib.

Beləcə “KQB” agentləri Hollivudda Con Vaynı izləməyə başlayıb. Gündüzlər film çəkilişi meydançalarından tutmuş axşamlar restoranlara qədər hər yer nəzarətə götürülüb.

FTB qəsddən xəbər tutduğu üçün aktyor və dostu dəniz kənarında gəzərkən, onunla təmasa keçib və havanın qeyri- sabit keçəcəyi barədə xəbərdarlıq edib. “KQB”-nin sui-qəsd qrupu həmin ərazidə FTB tərəfindən həbs edilib. Hətta FTB Vayna imkan yaradıb ki, onu öldürmək istəyənlərə fiziki güc tətbiq etsin.

Məşhur aktyora başqa bir sui-qəsd isə Meksikada film çəkilişləri zamanı həyata keçirilib. Həmin an qatillər yaxalanıb. Con Vaynın xəbəri olmadığı digər bir əməliyyat isə Varner Bros studiyasında olub. FTB sui-qəsdə cəhd edənləri həbs edib. Bu həbsdən sonra FTB qatillərdən informasiya almağı bacarıb. İddiaya görə, həbs edilən “KQB” agentləri sonra MKİ-nin nəzarəti altına alınıb.

İddiaya görə, Stalin vəfat edənə qədər bu plana sadiq qalıb, aktyoru aradan götürmək istəyindən vaz keçməyib. Aktyor Vayneisə media qurumlarına müsahibəsində “kommunistlər məni qorxuda bilməz, bu reallığa artıq öyrənməlidirlər” deyərək qarşı tərəfi ələ salıb.

Aktyor ona qarşı sui-qəsd cəhdləri barədə informasiyanı dostları Orson Velles və Peter Cuşinqlə bölüşüb.
1953-cü ildə Stalinin vəfatı ilə Con Vaynın aradan götürülməsi əməliyyatı təxirə salınıb. Onunla bağlı dosye “KQB”-nin arxivinə göndərilib.