Ukraynada toyuq biznesinin 50 faizinə sahib olan milyarder Yuriy Kosiuk 85 metrlik "Valerie" adlı yaxtası ilə Türkiyənin Bodrum şəhərinə gəlib.

Teleqraf.com xəbər verir ki, o, digər ukraynalı milyarder Aleksandr Yaroslavski ilə birlikdə Bodrumda bir həftə dincələcək.

Qeyd olunur ki, Kosiukun yaxtasının 6 lüks kabineti var.

Fəaliyyətini dayandırmış "Metalist Xarkiv" futbol klubunun sahibi Aleksandr Yaroslavski ’Kaiser’ yaxtasının isə uzunluğu 55 metrdir.

Yaxtalar xüsusi mühafizə dəstələri tərəfindən ciddi qorunur.

Kusiuk və Yaroslavski Bodrumda dincəldikdən sonra istirahətlərini yunan adalarında davam etdirəcəklər.