BAKI, 23 iyun. TELEQRAF

Mövcud resurslarımızdan səmərəli və rasional şəkildə istifadə etməklə ölkədə məhsuldarlığı artıracağıq.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin birinci müavini Xəyyam Məmmədov Qaxda keçirilən regional müşavirə çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

“Əsas hədəfimiz kənd təsərrüfatı sektorunu dayanıqlı və davamlı model üzərində qurmaqdır. Prioritetimiz yeni su mənbələri və yeni torpaq və əkin sahələrinin yaradılmasından əlavə, mövcud resurslarımızdan səmərəli və rasional şəkildə istifadə etməkdir”, - deyə qeyd edib.