2026-cı ilin yanvar-iyul aylarında kənd təsərrüfatı məhsulu istehsalı 2,8% artıb.
Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə ölkədə faktiki qiymətlərlə 8 797,2 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib. İstehsalın fiziki həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,8% artıb.
Heyvandarlıq məhsullarının istehsalı 2,4 faiz, bitkiçilik məhsullarının istehsalı isə 3,2% çoxalıb. Məhsulun 50,6%-i bitkiçiliyin, 49,4%-i heyvandarlığın payına düşür.
Real artım sürətlənib. Yanvar-iyun dövründəki 2,2%-lik göstərici iyul ayının sonuna 2,8%-ə yüksəlib və bunu bitkiçilik təmin edib: bu sahədə artım 1,8%-dən 3,2%-ə çatıb, heyvandarlıqda isə artım tempi 2,5%-dən 2,4%-ə düşüb.