BAKI, 8 sentyabr. TELEQRAF
Rəqəmsallaşmanın və süni intellektin üstünlükləri yalnız iri kənd təsərrüfatı müəssisələri üçün deyil, həm də kiçik və orta ölçülü fermerlər üçün əlçatan olmalıdır.
Teleqraf xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)"nın ikinci günündə panel sessiyada çıxışında deyib.
O bildirib ki, heç bir ölkə bu transformasiyaya təkbaşına nail ola bilməz.
"Bu, hökumətlər, beynəlxalq təşkilatlar, inkişaf və maliyyə institutları, tədqiqat mərkəzləri, texnologiya tərəfdaşları və özəl sektor arasında sıx əməkdaşlıq tələb edir. Məhz buna görə də bugünkü müzakirə böyük əhəmiyyət kəsb edir. Bu, bizə yalnız süni intellektin nəyə qadir olduğunu araşdırmaq imkanı vermir. Bu, həm də onu məsuliyyətlə və uğurla necə tətbiq edə biləcəyimizi, uğurlu həlləri genişləndirməyi və innovasiyaları fermerlər üçün real faydalara, ərzaq sistemlərimiz üçün isə daha böyük davamlılığa necə çevirə biləcəyimizi müzakirə etmək fürsəti yaradır", - nazir qeyd edib.