SAMUX, 20 iyun. TELEQRAF
2030-cu ilə qədər yeni intensiv meyvə bağlarının salınması nəzərdə tutulub. Proqramda ərik bağlarının salınması da mühüm yer tutur.
Bu barədə Teleqraf-ın Qərb bürosuna Samux rayonunda keçirilən üçüncü ərik festivalında iştirak edən kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli bildirib.
O qeyd edib ki, əsas məqsəd fermerlərin imkanlarını daha da genişləndirməkdir.
"Samuxun əkinçilik və bağçılıq istiqamətində böyük potensialı var. İstər ölkə daxilində, istərsə də xarici bazara çıxmaq üçün imkanları mövcuddur. Kənd Təsərrüfatı Nazirliyi olaraq daim fermerlərin yanındayıq.
Onların dövlət dəstəyi ilə təmin olunması, eyni zamanda beynəlxalq bazara çıxış üçün sertifikatlaşma, emal müəssisələrinin qurulması kimi dəstəyimiz davam edəcək".