BAKI, 8 sentyabr. TELEQRAF

Heyvandarlıqda ilk dəfə olaraq yeni subsidiya növləri tətbiq olunur.

Teleqraf xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)"nın ikinci günündə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, balıqçılıqda ilk dəfə olaraq da subsidiya növləri tətbiq olunur.

Bu subsidiya kənd təsərrüfatının ciddi şəkildə təşviqinə xidmət edəcək. Yeni investisiyalara, eyni zamanda dayanıqlığa yönəlik subsidiya mexanizmidir.

Nazir ilk dəfə olaraq Azərbaycanda fermer reytinqi tətbiq olunmağa başlayacağını vurğulayıb: "Bunu ötən ildən test rejimində işə salmışdıq. Bu ildən isə artıq məhz subsidiyanın verilməsinin tətbiqində istifadə etməyə başlayacağıq. Fermer reytinqi 3 əsas sütun üzərindən qiymətləndirilir. Hər üçü əsasında fermer balı formalaşdırılır və bizim bütün fermerlər Elektron Kənd Təsərrüfatında bəyan etdikləri məlumata uyğun olaraq qiymətləndirilir".