BAKI, 24 iyun. TELEQRAF
Ötən il Azərbaycanda istehsal olunan 363 ton pambıq istehsalının 70%-dən çox hissəsi mahlıc formasında, iplik və parçaya çevrilmədən birbaşa ixrac olunub.
Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat nazirin müavini Səməd Bəşirli Sabirabadda pambıqçılığın inkişafına həsr olunmuş regional müşavirədə deyib.
"Migəçevirdə həyata keçirilən “Textile Horizon” layihəsi ilə yanaşı, “Azərpambıq ASK” MMC-nin də icrasını nəzərdə tutduğu layihələrlə birlikdə təxminən 70 min ton mahlıc əsaslı iplik istehsalı və onun bir hissəsinin parçaya çevrilməsi və ixrac olunması nəzərdə tutulub," - deyə nazir müavini əlavə edib.