BAKI, 8 sentyabr. TELEQRAF
Dövlət proqramı daha intensiv, rəqabətqabiliyyətli və davamlı kənd təsərrüfatı modelinə doğru aydın istiqamət müəyyən edir.
Teleqraf xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)"nın ikinci günündə panel sessiyada çıxışında deyib.
O bildirib ki, bu, müasir kənd təsərrüfatı xidmətlərinə dövlət dəstəyini genişləndirir.
"Həmçinin rəqəmsallaşmanı, innovasiyanı, torpaq və su resurslarından daha səmərəli istifadəni sektorun inkişafı üçün mühüm prioritetlər kimi müəyyənləşdirir. Buna görə də bizim üçün rəqəmsal transformasiya, kənd təsərrüfatında məhsuldarlıq və iqlimə davamlılıq eyni gündəliyin tərkib hissəsinə çevrilməkdədir. Eyni zamanda, texnologiyanın özü bizim son məqsədimiz deyil. Süni intellektin həqiqi dəyəri onun sahədə yarada bildiyi fərqlə ölçülür. Bu transformasiya inklüziv olmalıdır", - o vurğulayıb.