BAKI, 29 sentyabr. TELEQRAF
2026-cı ilin yanvar–avqust aylarında Azərbaycan Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 36 ölkəsindən olan 95-ə yaxın şirkətə ümumilikdə 17,4 milyon ABŞ dolları dəyərində telekommunikasiya xidmətləri göstərilib.
Teleqraf xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın 2026-cı il üzrə sentyabr sayında qeyd edilib.
Hesabat dövrü ərzində formalaşan ümumi gəlirlərin 61 faizini ixrac əməliyyatları təşkil edib.
Peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 2,8 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 2,1 milyon ABŞ dolları ilə Lüksemburq, 874,7 min ABŞ dolları ilə Türkiyə, 776,5 min ABŞ dolları ilə Pakistan və 437,2 min ABŞ dolları ilə Tanzaniya qərarlaşıb.