BAKI, 28 sentyabr. TELEQRAF
Ermənistanda Aİ-92 markalı benzinin qiyməti bir litr üçün rekord həddə – 600 drama (təxminən 1,65 ABŞ dolları), Aİ-95 markalı benzinin qiyməti isə 620 drama (təxminən 1,71 ABŞ dolları) çatıb.
Teleqraf xəbər verir ki, bu barədə TASS İrəvandakı yanacaqdoldurma məntəqələrinə istinadən məlumat yayıb.
"Shell" şirkətinin yerli ofisindən TASS-a bildirilib ki, Aİ-92 markalı benzinin qiyməti 620 dram (təxminən 1,71 ABŞ dolları), Aİ-95 markalı benzinin qiyməti isə 650 dramdır (təxminən 1,79 ABŞ dolları).
"Gulf" şirkətindən isə TASS-a verilən məlumata görə, fərdi müştərilər üçün "Regular" (Aİ-92) benzinin qiyməti 599 dram, "Premium G-Force" (əlavələri olan Aİ-95) benzininin qiyməti isə 629 dramdır (təxminən 1,73 ABŞ dolları).
İri yerli yanacaqdoldurma məntəqələri şəbəkələri olan "Flash Petrol" və "Max Oil" öz veb-saytlarındakı qiymət məlumatlarını yeniləyərək, tarixi maksimumun aşılmasını təsdiqləyiblər.