BAKI, 29 sentyabr. TELEQRAF

2026-cı ilin avqust ayında 188 194 nəfərə ailə başçısını itirməyə görə pensiya və müavinət ödənilib.

Teleqraf xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.

Məlumatda bildirilib ki, sosial ödəniş alanların 137 139 nəfərinə pensiya, 51 055 nəfərinə isə müavinət təyin edilib.