BAKI, 29 sentyabr. TELEQRAF

UEFA Millətlər Liqasında keçiriləcək Azərbaycan - Lixtenşteyn oyununun hakimləri bəlli olub.

Teleqraf xəbər verir ki, D Liqasında 2-ci qrupun qarşılaşması Avstriyadan olan hakimlər briqadasına tapşırılıb.

Matçın baş hakimi Kristian Petru Cioçirca olacaq.

FIFA referisinə həmyerliləri Maksimilian Veys və Mihael Obritzberger kömək göstərəcək. Dördüncü hakim funksiyasını Safak Barmaksız yerinə yetirəcək.

VAR-da Manuel Şuettengruber, AVAR-da Alexander Harkam əyləşəcəklər.

Qeyd edək ki, Azərbaycan - Lixtenşteyn oyunu oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək.