BAKI, 29 sentyabr. TELEQRAF
“ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazının açıq olması ilə bağlı açıqlamaları əsassızdır”.
Teleqraf xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf deyib.
“Amerikanın xəyalpərəst prezidenti bu yaxınlarda Hörmüz boğazı və gəmilərin bu boğazdan keçidi ilə bağlı bəzi sözlər səsləndirib, bu, əvvəlki iddiaların təkrarıdır və bunun əsassız olduğu hamıya məlumdur. Həm amerikalılar, həm də digər ölkələr bilməlidirlər ki, daha əvvəl bəyan etdiyimiz kimi, bizim neft satmadığımız bölgədə heç kim neft sata bilməz. Təhlükəsizliyimiz təmin olunmasa, heç bir infrastruktur təhlükəsiz olmayacaq”, - spiker bildirib.