BAKI, 29 sentyabr. TELEQRAF

İyul ayında dənizdə batmış 3 nəfərin axtarışları bu dəqiqəyə qədər davam etdirilir.

Teleqraf xəbər verir ki, bunu FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Akşin Əlili çimərlik mövsümünün başa çatması ilə bağlı keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandırkən deyib.

Akşin Əlilinin sözlərinə görə, bununla bağlı ictimaiyyətə də məlumat veriləcək. Axtarışlar iyul ayından davam edir.