BAKI, 26 sentyabr. TELEQRAF

2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan 44 milyon 40.42 min ABŞ dolları dəyərində 53 min 956.94 ton alma ixrac edib.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında qeyd edilib.

Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 638.45 min ABŞ dolları (1.47%) çox, miqdar baxımından isə 7 min 936.69 ton (12.82%) azdır.

Yanvar-iyul aylarında alma ixracı ölkənin ümumi ixracının 0.20%-ni, qeyri-neft sektoru üzrə ixracının isə 0.70%-ni təşkil edib.