BAKI, 29 sentyabr. TELEQRAF

Azərbaycanda səfərdə olan FIFA prezidenti Canni İnfantino Prezident İlham Əliyevə üzərində dövlət başçısının soyadı yazılmış forma və xüsusi futbol topu hədiyyə edib.

Teleqraf xəbər verir ki, C.İnfantino hədiyyələri dövlət başçısının qəbulunda olarkən təqdim edib.

FIFA rəhbəri, həmçinin İlham Əliyevə ali qurumun rəsmi pennantını, xatirə hədiyyəsi kimi FIFA-nın rəmzi sarı və qırmızı vərəqələrini dəst halında təqdim edib.