BAKI, 29 sentyabr. TELEQRAF
2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan xarici bazarlara 271,2 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.
Teleqraf xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın 2026-cı il üzrə sentyabr sayında qeyd edilib.
Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 28,7% çoxdur. 2025-ci ilin yanvar-avqust ayında 210,7 milyon dollar dəyərində qızıl ixrac edilib.
Cai ilin avqust ayında isə 36,8 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. Ötən illə müqayisədə avqustda qızıl ixracı 15% artıb.