BAKI, 29 sentyabr. TELEQRAF

Azərbaycan I Liqasında çıxış edən "Xankəndi" klubuna yeni baş məşqçi təyin olunub.

Teleqraf xəbər verir ki, klub Röyal Nəcəfovla müqavilə imzalayıb.

Müqaviləyə əsasən, Nəcəfov 2026/2027-ci il mövsümünün sonunadək "Xankəndi"nin baş məşqçisi vəzifəsində çalışacaq.

Qeyd edək ki, Nəcəfov bu postda Zaur Hacıyevi əvəzləyib.