BAKI, 26 sentyabr. TELEQRAF
Azərbaycan Monteneqronun ən mühüm investorlarından biridir və qabaqcıl layihələrimizdən biri də Azərbaycan investisiyası hesabına maliyyələşdirilən və idarə olunan “Portonovi” layihəsidir.
Teleqraf xəbər verir ki, bu barədə Monteneqronun turizm naziri Simonida Kordik II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda panel müzakirəsi zamanı deyib:
"Əlavə olaraq qeyd edim ki, Monteneqro çoxtərəfli səviyyədə beynəlxalq təmsilçiliyini əhəmiyyətli dərəcədə artırıb. Hazırda BMT-nin Turizm Təşkilatında Avropa üzrə Komissiyanın sədrliyini, Avropa Səyahət Komissiyasında vitse-prezident vəzifəsini və digər mühüm mövqeləri tuturuq.
Həmçinin Monteneqronun Avropa İttifaqının yeni üzvünə çevrilməsi gözlənilir. Bütün bunlar biznes üçün son dərəcə vacib olan sabitlik amillərini təmin edir".