BAKI, 28 sentyabr. TELEQRAF
Böyük Britaniyada dizel yanacağının orta qiyməti bir litr üçün 1,9918 funt-sterlinqə (2,65 ABŞ dolları) çataraq rekord həddə yüksəlib.
Teleqraf xəbər verir ki, bu barədə RAC avtomobil təşkilatı məlumat yayıb.
Qiymət artımından sonra 55 litrlik çənə malik avtomobilin yanacaqla doldurulması 110 funt-sterlinqə (146 ABŞ dolları) başa gələcək ki, bu da İran-ABŞ müharibəsi başlamazdan əvvəlki dövrlə müqayisədə 31 funt-sterlinq (41 ABŞ dolları) artım deməkdir.
Qeyd edək ki, bundan əvvəlki qiymət rekordu 2022-ci ilin iyun ayında qeydə alınmışdı. O zaman dizel yanacağının bir litri 1,9909 funt-sterlinq təşkil edirdi.