BAKI, 29 sentyabr. TELEQRAF
Azərbaycanın Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) 11-ci İllik Toplantısı çərçivəsində müdirlərin dəyirmi masasında iştirakı çərçivəsində regional əməkdaşlıq müzakirə edilib.
Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında qeyd edib.
"Müzakirələrdə AİİB ilə üzv ölkələr arasında gələcək əməkdaşlığın prioritetləri, Bank tərəfindən maliyyələşdirilməsi planlaşdırılan yeni investisiya layihələri, regional əməkdaşlıq və inteqrasiya imkanlarının genişləndirilməsi, iqtisadiyyatın gücləndirilməsi və infrastrukturun inkişaf etdirilməsi məsələləri nəzərdən keçirildi," - deyə nazir bildirib.