BAKI, 29 sentyabr. TELEQRAF

“ABŞ-nin İrana qarşı dəniz blokadası tətbiq etmək, hava dəhlizlərini bağlamaq və ölkənin ticarət arteriyalarına maksimum təzyiq göstərmək cəhdləri hərbi addımlarla iflasa uğrayacaq”.

Teleqraf xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf deyib.

Spiker ABŞ-nin İrana qarşı tətbiq etdiyi mühasirənin mütləq yarılacağını iddia edib:

“İran xalqını heç vaxt mühasirə və təhdidlərlə qorxutmaq olmaz. Əgər düşmənin - Amerikanın hesablama aparatı bu fundamental həqiqəti anlamasa, İran xalqından ağır zərbələr alma dövrəsindən çıxa bilməyəcək. ABŞ Prezidenti Donald Trampın BMT Baş Assambleyasındakı son məsuliyyətsiz çıxışları və İran xalqına hörmətsizliyi etməsi göstərdi ki, hələ də davranışlarını dəyişməyiblər və belə hörmətsizliklərə qarşı bizim cavabımız bəllidir”.

Qalibaf bildirib ki, İran ABŞ-nin hədələri, sanksiyaları və blokadası qarşısında geri çəkilməyəcək: “İranın istənilən təcavüz və avantüraya cavabı sərt, peşmançılıq doğuran, dəqiq və sürətli olacaq”.