BAKI, 29 sentyabr. TELEQRAF
Türkiyədə futbol hakimlərinin təyinatı və imtahan nəticələrinə müdaxilə edildiyi iddiası ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek məlumat yayıb.
Şahid ifadələri, telefon və bank əməliyyatlarının qeydləri əsasında keçirilən əməliyyatda Türkiyə Futbol Federasiyası Mərkəzi Hakim Komitəsinin (MHK) sədri F.G., rəhbər heyətin üzvləri və İstanbul şöbəsinin sədri daxil olmaqla bir neçə şəxs saxlanılıb. Onların ev və iş yerlərində axtarışlar aparılıb.
A.Gürlek cavabdeh şəxslərin qanun qarşısında cavab verməsi və təmiz futbol üçün mübarizəni qətiyyətlə davam etdirəcəklərini vurğulayıb.