GÖYGÖL, 28 sentyabr. TELEQRAF

"Orta Dəhlizin inkişafı strateji hədəflərimizdəndir. Orta Dəhlizin inkişafı üçün bütün mexanizmlər və lazım olan tədbirlər həyata keçirilir. İlk növbədə infrastruktur imkanları genişləndirilir. Çünki keçid məntəqələri, yollar, körpülər, limanlar və digər məsələlər həll olunmalıdır".

Teleqraf xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov bildirib.

"Dəhliz boyunca sürətli daşımaları təmin etmək üçün gömrük prosedurlarını daha da sadələşdirilməsi üzərində işlənilir. Artıq yeni tranzit keçidlərində bir çox prosedurlar və alətlər mövcuddur. İndiki mərhələdə hədəfimiz tez bir zamanda yeni kompüterləşmiş tranzit sisteminə üzv olmaqdır", - deyə qeyd edib.