BAKI, 28 sentyabr. TELEQRAF

Dünya bazarında neftin qiyməti yeni ticarət həftəsinin əvvəlində bahalaşıb.

Teleqraf xəbər verir ki, bu barədə “Investing” platformasının ticarət məlumatlarında bildirilib.

Bakı vaxtı ilə saat 02:02-yə olan məlumata görə, “Brent” markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışla müqayisədə 1,6 faiz artaraq bir barel üçün 99 dollara çatıb.

ABŞ-nin WTI markalı neftinin fyuçersləri isə 1 faiz bahalaşaraq 93,44 dollara yüksəlib.