BAKI, 29 sentyabr. TELEQRAF
“Rusiya Ermənistanda hakimiyyət dəyişikliyinə nail olmaq üçün qışda ölkəyə qaz tədarükünü dayandıra bilər”.
Teleqraf xəbər verir ki, bunu erməni politoloq Giorgi Tumasyan deyib.
Ekspert bildirib ki, Ermənistanda Rusiyaya bağlı müxalif siyasi qüvvələr bunun üçün çalışırlar:
“Müxalifət vətəndaşların küçələrə çıxıb planlarını həyata keçirə bilmələri üçün pis yaşamalarını istəyir. Qışda qazı kəsmək də daxil olmaqla, hakimiyyət dəyişikliyinə nail olmaq üçün əllərindən gələni edən qüvvələr var”.
Tumasyan Ermənistanın növbəti baş naziri olacağını iddia edən rusiyalı oliqarx Samvel Karapetyana da diqqət çəkib:
“Karapetyanın illərlə Rusiyada şantajla - reketçiliklə məşğul olduğu və erməni iş adamlarını təhdid etdiyi barədə məlumatları var. Qoy növbəti baş nazir olmaq arzusunda qalmağa davam etsin. Samvel Karapetyan Serj Sərkisyan və Robert Köçəryanın davamıdır”.
Erməni kilsəsindəki durumadan danışan politoloq qeyd edib ki, bu problem katolikos II Qareginin vəzifəsindən uzaqlaşdırılması ilə həll olunacaq:
“Əslində, Ermənistan vətəndaşları son seçkilərdə “Vətəndaş Müqaviləsi” Partiyasına həm də II Qaregindən yaxa qurtarmaq üçün səs veriblər”.