BAKI, 29 sentyabr. TELEQRAF

Cari ilin ötən dövrü ərzində FHN-in nəzarət etdiyi çimərlik ərazilərində sudaboğulma halı qeydə alınmayıb.

Teleqraf xəbər verir ki, bunu Föqvəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Akşin Əlili çimərlik mövsümünün başa çatması ilə bağlı keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, təhlillərin nəticəsi olaraq xilasedicilərin çevik müdaxiləsi nəticəsində cari ilin ötən dövründə su hövzələrində xilas edilənlərin ümumi sayı ötən ilin analoji dövrü ilə müqayisədə 31 faiz artaraq 73 nəfərdən 107 nəfərə yüksəlib:

"Xüsusilə çimərlik mövsümündə suda boğulma təhlükəsi ilə üzləşən və xilas edilən şəxslərin sayı 70-dən 97-yə yüksəlib ki, bu da təxminən 39 faiz artım deməkdir".