BAKI, 29 sentyabr. TELEQRAF

UEFA Fransanın “Lill” klubunun yarımmüdafiəçisi Ethan Mbappeni 3 oyunluq cəzalandırıb.

Teleqraf xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.

19 yaşlı futbolçu Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda “Betis”lə keçirilən matçda (2:3) birbaşa qırmızı vərəqə alıb.

Mbappe oyunun gedişində rəqib komandanın müdafiəçisi Natanla insident yaşayıb. O, əli ilə rəqib futbolçunun üzünə zərbə endirib.

Bu səbəbdən Mbappe Çempionlar Liqasında “Arsenal”, “Qalatasaray” və “Bodo-Qlimt”lə oyunlarda komandasına kömək edə bilməyəcək.