ŞIMKENT, 16 iyun. TELEQRAF

Azərbaycan və Qazaxıstan arasında aviasiya sahəsində əməkdaşlıq uzun illərə söykənir və 20 ildən artıq müddətdə tərəflər arasında müxtəlif kommersiya sazişləri imzalanıb.

Teleqraf-ın Şımkentə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu “Şımkent Beynəlxalq Terminalı” MMC-nin direktoru Vladimir Denisov Bakı-Şımkent marşrutu üzrə ilk reysin qarşılanması mərasimində bildirib.

V.Denisov qeyd edib ki, Şımkent-Bakı marşrutunun açılması iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək və turizm sahəsində əməkdaşlığın genişlənməsinə əlavə imkanlar yaradacaq: “Ümid edirik ki, bu marşrut Şımkent və Bakı arasında əlaqələrin inkişafına, sərnişin axınının artmasına və yeni əməkdaşlıq imkanlarının formalaşmasına töhfə verəcək”.