BAKI, 15 may. TELEQRAF
Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
Teleqraf xəbər verir ki, 14 vaqondan ibarət yükün çəkisi 977 tondur.
Buğda yüklü qatar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri sansiyasından yola salınacaq.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 27 min tondan çox taxıl, 4 min tondan çox gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.
Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur. İndiyədək Azərbaycandan Ermənistana 10 min tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.