BAKI, 23 aprel. TELEQRAF
Bu gün səhər saatlarında "Drujba" boru kəməri vasitəsilə Slovakiyaya neft tədarükünə başlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə Slovakiyanın İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Məlumata görə, ilk tədarüklər yerli vaxtla təxminən saat 02:00 radələrində qeydə alınıb.
Xatırladaq ki, Ukraynanın tətbiq etdiyi blokada səbəbindən cari il yanvarın 27-dən etibarən Macarıstan və Slovakiya "Drujba" kəməri ilə Rusiya neftini qəbul edə bilmirdi.
Bu vəziyyətlə əlaqədar Macarıstanın keçmiş Baş naziri Viktor Orban bəyan etmişdi ki, neft tədarükü bərpa olunmayana qədər Avropa İttifaqının Ukraynaya ayıracağı 90 milyard avroluq kreditə qoyulan vetonu geri götürməyəcək.