BAKI, 20 dekabr. TELEQRAF

Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan xarici bazarlara 6 milyon 175.95 min ABŞ dollar dəyərində 674.95 ton çay ixrac edilib.

Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 0,03 faiz çoxdur.

Hesabat dövründə ölkəyə 78 milyon 405.46 min ABŞ dollar dəyərində 12 min 782.64 ton çay idxal olunub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,37 faiz çoxdur.

Qeyd edək ki, yanvar-noyabr aylarında Azərbaycanda 10 min 540,1 ton çay istehsal edilib. Bu göstərici isə ötən ilin eyni dövrü ilə müqayisədə 8,6 faiz azdır.