BAKI, 13 aprel. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp 90 gün ərzində 90 ticarət sazişi bağlamağı planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, 90 gün hədəfi 75-dən çox ölkəyə qarşı Amerika tariflərinin tətbiqinin bu müddətə təxirə salınması ilə bağlıdır.
Təcili tarif danışıqları üçün Vaşinqtona səfər edən ilk rəsmilərdən biri Avropa İttifaqının Ticarət Nümayəndəsi Maros Şefçoviç olacaq.