
BAKI, 6 mart. TELEQRAF
Bordo Universitetinin fransız arxeoloqları Tanzaniyada təxminən 1,5 milyon il əvvələ aid dünyanın ən qədim sümük alətlərini tapıblar.
Teleqraf xəbər verir ki, bu kəşf barədə "Nature" elmi jurnalında məlumat dərc olunub.
Komanda Tanzaniyadakı Olduvai dərəsində 27 artefakt aşkar edib. Cisimlərin uzunluğu 20-40 santimetr, bəzilərinin çəkisi isə bir kiloqrama qədər olub. Eramızdan əvvəl sənətkarlar möhkəm və etibarlı olduqları üçün fillərin və begemotların ayaq sümüklərindən alətlər hazırlayıblar.
Alimlər bu alətlərin iri heyvanların cəsədlərini kəsmək üçün istifadə edildiyini bildiriblər.