BAKI, 24 fevral. TELEQRAF

Türkiyədə dövriyyəyə yeni buraxılmış əskinaslar daxil edib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Mərkəzi Bankı (TCMB) məlumat yayıb.

Tənzimləyicinin açıqlamasına görə, VI buraxılış 100 lirə və VII buraxılış 10 lirə bu gündən tədavüldədirlər.

TCMB-nin mövzu ilə bağlı açıqlamasında qeyd olunub ki, hazırda tədavüldə olan əskinaslarla müqayisədə, VI buraxılış 100 lirə və VII buraxılış 10 lirə əskinaslarındakı imzalar bankın sədri Fatih Karahan ilə birlikdə, 100 lirəlik əskinaslarda bank sədrinin müavini Hatice Karahanın, 10 lirəlik əskinaslarda isə bank sədrinin müavini Osman Cevdet Akçayın imzaları yer alıb.

TCMB-nin məlumatında qeyd edilib ki, sözügedən əskinaslar üzərindəki imzalar istisna olmaqla, ölçüləri, ön və arxa tərəf kompozisiyaları, ümumi xüsusiyyətləri və görünüşü baxımından əvvəlki buraxılışlarla tamamilə eynidir.

Yeni buraxılış əskinaslar əvvəlki buraxılış əskinaslarla birlikdə dövriyyədə olacaq.